Istənilən irticaçi quruluşun məqsədi aydindir:mümkün qədər uzun müddət hakimiyyətdə qalmaqla hakimiyyətin verdiyi imtiyazlardan bəhrələnmək. Təbii ki,irticanin cəmiyyətdə doğurduğu və doğuracaği etirazlarin qarşisini almali. Bunun üçün:
1. Hazirdaki etirazlari zərərsizləşdirməli.
2. Prosseslərin nəzarət altina alinmasi.
3. Gələcəkdə ola biləcək etirzlari qabaqcadan zərəsizləşdirməli.
Radikal yönümlü və potensial resurslara malik müxalifətə qarşi taktika sadə və dəyişməzdir : satin alinma,həbs,mümkün olmazsa və ya həbsin effektiv olmayacaği tədqirdə fiziki kənarlaşdirma. Bu işdə taktika müxtəlifdir,lakin,nə­ticə dəyişməz qalir. Bu taktika individə,hərbi müxalifətə qarşi aprla bilər. XX əsr siysi arenaya daha effektiv siyasi vasitələr gətirdi. Kulənin psxologiysinin xüsusiyyətlərinin elmi araşdirlmasina əsaslanan bu siyasi manevrlər tətbiq olundğu andan “qarşisi alnma” termini aktualliğini itirərək “zərərsizləşdirmə” termini yerini aldi. Zərərsizləşdimə kütlənin idarə olunmasinda çox effektif vasitə olaraq,xalqlarin individual psixoloji portretlərinə uyğulaşdirilaraq aparilir. Prosseslərin nəzarət altindan çixacaği tədirdə isə-spontan başlanan üsyanin qələbəsi ehtimali çox az olur-prosses idarəolunmaz olduğundan,vitrin sindirmaqdan uzağa gedə bilmir və tez bir zamanda yatirilmasi imkani olur. Beləlklə,gəlin nəzarətin necə aparilmasini-faktiki­ olaraq Azərbaycanda necə aparilmasini nəzərdən keçirək.
Azərbaycan xalqinin psixoloji portreti digər SSRI xalqlarinin psixoloji portreti kimi hələ Sovet dovründə tədqiq olunaraq hazirlanmişdir. Indiki hakimiyyət siyasətini bu tədiqatlarin əsasinda quraraq artiq 20 ildir ki,hakimiyyəti saxlamaqda davam edir.
1.SEÇIM ILLUZIYASI
Demokratik dövlətlərdə vətəndaşlarin seçim hüququ vardir. Lakin,seçim illuziyasini yaratmaqla seçimin hər zaman hakimiyyətin xeyrinə olmasini təmin etmək mümkündür. Əsasi odur ki,vətəndaşa seçim təklif olunur,lakin iki və ya çox seçim variantlarinin əslində hakimiyyətə xidmət etdiyi xalqdan gizlədilir. Məsələn,indvidin (vətəndaşin) nəyi isə icra etməsi lazimdirsa,ona yalançi seçim təklif olunur “xəndək de qaza bilərsən,torpaq da daşiya bilərsən”. Gördüyümüz kimi,3-cü variant yoxdur,bizim əvəzindən artiq seçib edilib,”sən işləməlisən”! Siyasi arenaya diqqətlə baxsaq,görərik ki,bizə birinci 2 variant təkif olunub,amma,3-cü variant bizim əvəzimizdən artq seçilib – “hamimiz konstrukiv müxalifətik,radikal metodlar bizə yaddir”!
Belə müxalifətin müxtəlif dövlətlərdə müxtəlif adlari vardir,bizsə “cib müxalifəti” (CM) adlandiraq. CM-nin əsas məqsədi kutləni aldadaraq “bariz müxalifət” görüntüsü yaratmaqla əsil mübariz vətəndaşlari siralarina çəkməklə onlarin radikal qurumlar yaradacağindan və ya mövcud radikal qurumlara qoşulmasindan siğortalanmaqdir. Prossesin gedişində CM-nin ətrafinda küy yaratmaq və kütləni inandirmaq üçün müxtəlif siyasi manevrərə əl atilir,məsələn,gurul­tulu ittihamlar,CM-nin aşaği eşelonunun həbsləri,sonraki “təzyiqlər altinda” azadliğa buraxilmasi və s. Yuxari eşelon isə onun siyasi kursu kimi tərpənməz qalir,”konstruktiv” və “kürsüyə yapişmiş”… H.Haciyevin Əli Kərimliyə qarşi ittihami da bu siradan idi və sonda H.Haciyevin birdən-birə “vicdan oyanişi” ilə qurtardi…inandiric­i deyil,amma,manevr öz işini gördü,küy yaradildi! Həmən ərəfədə vətəndaşlarin AXCP siralarina axini müşahidə olundu və deməli,metod “işlədi”,daha yüzlərlə narazi və potensial üsyançi “konstruktiv müxalifətin” ideoloji əsarətinə alinaraq zərərsizləşdirilmiş oldu.
CM-nin tutduğu mövqe əslində heç də göründüyü qədər də “konstruktiv” deyildir. Konstruktivlik onun ümumi siyasi kursuna aid edildiyi halda,təlblərdə biz nədənsə “radikalliq” müşahidə olunur. Müxalifət konkret qanunpozutusunun cavabinda nədənsə bütün hakimiyyətin istefasi tələbiylə kütləni mitinqə çixarir. Radikaldirmi? Bizə deyilib ki,”xeyr,radikal deyilik”…kütləvi aksiyalar da işlənmiş metodla aparilir və hadisələrin gedişini kontrol altinda saxlamaqa imkan verir.
2.MÜCƏRRƏDLIYIN
TOXUNULMAZLIQI.
Insan psixikasinin daha bir xüsusiyyəti vardir- insan mücərrəd anlamlari pis qavrayir. Məsələn,insan “alma” terminini “təsərrüfat” terminindən yaxşi qavrayir,çünki,”alma­” absalyut,”təsərrüfat­”sa mücərrəd termindir. Bu baximdan,spontan hərəkat zamani kütlə ona qarşi haqsizliq edən məmuru yerindəcə cəzalandira bilər (misallar çoxdur,məs: Quba hadisəsi,mütəmadi olaraq sürücülər tərəfindən müfəttişlərin döyülməsi və s.),çünki,bu halda vətəndaş absolyut olaraq onu incidəni görür və yaxşi qavrayir. Amma,həmən an ona desək ki “günahkar o deyil,hakimiyyətdir”­ biz onu demoralizasiya etmiş oluruq,çünki vətəndaş hakimiyyəti necə cəzalandirmaği təsəvvür edə bilmir! Zorakiliq edən,rejimə qulluq edən vətəndaşlarin hər biri törətdikləri əmələ görə ayri-ayriliqda və birlikdə məsuliyyət daşiyirlar,onlarin hər biri cinayətkardirlar,art­iq anlamaq lazimdir!
Regionlarda mütəmadi ardicilliqla baş verən və hakimiyyətin devrilməsiylə demirəm-hakimiyyətin­ kütlənin tələbləri qarşisinda geri çəkiləcəyilə nəticələnə biləcək spontan kütləvi etiraz hadisələri zamani nədənsə biz nəinki “liderləri”,hətta,on­larin müavin və köməkçilərini belə görmürük! Mitinqmi istəyirsiniz? Buyurun,bu da mitinq!
Qorxursunuzmu? Pişikdən qorxan siçanin bayirda nə işi var?
Əvvəlcə əlverişli şəraiti burxib,sonra da əhalinin siyasi aktivliyindən,onun mitinqlərə getməməsindən naraziliq etmək həyasizliqdir!
“Konstruktiv müxalifət”in iş prinspində daha bir anlaşilmazliq: hakimiyyətdən nəinki narazi,hətta ona nifrət edəcək vətəndaşlarla iş aparilmir. Mən konkret hadisə barədə feysbuk vasitəsiylə Arif Hacili cənablarina da yazdim-Lökbatanda yol qəzasi zamani bu hadisədən laziminca istifadə edərək hakimiyyətin mahiyyətini,qəzanin baş verməsinin köklü səbəblərini zərərçəkənlərə və onlarin qohumlarina izah etməklə onlari cinayətkarlarin cəzalanmasi tələbiylə mitinqə çağirmali. Xatirladiram ki,avtobus-qatar toqquşmasi nəticəsində 7 nəfər həlak oldu,onlarla insan şikəst oldu. Cavabinda-sükut. Daha sonra Arif bəyin mitinqlərdə qoluna girmiş polislə gülə-gülə şəkil çəkdirməsini xatirlayib,sükutun səbəbini anladim. Belə misallar çoxdur,çoxdan da çxdur: elə bircə evləri haqsizcasina əlindən alinan vətəndaşlar minlərlədir. Mtinq-buyur,iş apar,gələcəklər.
R.Səfərovla bağli AŞ-a göndərilən sənədə müxalif “lider”lərin imza atmasiysa bir daha mənim ehtimallarimi təsdiqləyir-hakimiyy­əti qeyril-legitim hesab edən “prinspial müxalifət” nədənsə prinspialliğini unudaraq “vətənpərvər” oldu və hətta,”vətənpərvərli­k”dən elə sərxoş oldu ki, R. Səfərovun əhv olunmasinin hakimiyyətin seçkiqabaği kompaniyasi oldğunu və AŞ-nin iradinin vətənə yox,hakimiiyətə və konkret olaraq I.Əliyevə yönəldiyini “unutdu”! Binunla da Avropa qarşisinda dedi ki “rejim mənə nə etsə,haqlidir” və altinda da imza atdi!
Çox təəssüf ki,”vətənpərvərliyə”­ əsaslanan küy içərisindən Leyla Yunisin müraciətini çox az vətəndaş eşitdi…
Müxalifin fəaliyyətinin yaritmazliğinin misallar çoxdur…Cinayətkar Gülər Əhmədovanin həbsinin tələbi əvəzinə kütlə dərhal “gülərkimilər” kimi ümumi anlayişla yemləndi və nəticədə yenə də “ISTEFA” kimi absurd tələb irəli sürüldü! “Haminin” verməsinə və “almasina” sübut yoxdur,bəylər,nə tez “konstruktivliy”iniz­i unutdunuz?!
Öz əvəzimdən IP-ya,”lider” və “başkanlara” məsləhətim- gələn dəfə “ADAM KIŞI OLAR” şüari ilə mitinq keçirin,bu daha məqsədəuyğun olardi.
Elave edim ki,genclerin teshkil etdiyi 12 yanvar aksiysinin cemiyyetde yartdiqi telatum mehz onlrin aksiyada konkret teleb qoymasi oldu.

Advertisements